Türkiyənin Hatay şəhərinin İskenderun rayonunda axşam saatlarında səmada görünən və dənizə doğru enən obyekt təhlükəsizlik qüvvələrini təşvişə salıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polis sahil təhlükəsizlik ilə birgə iki qrup olaraq qurudan və dənizdən obyekti araşdırmağa başlayıb.
İskəndərun üzərindən uçaraq dənizə doğru enən obyektin nə olduğu ilə bağlı araşdırmalar hələ də davam etdirilir.