Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar, Çinlə gərginliyin tüğyan etdiyi mübahisəli sərhəd bölgəsinə daha çox əsgərin yerləşdirildiyini söyləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Caişankar, iki ölkə arasındakı mübahisəli sərhəd bölgəsində hərbi varlığı maksimuma çatdırdıqlarını vurğulayıb:
"Bu gün Hindistan ordusu Çin sərhədində əvvəllər yerləşdirilməyən bəzi bölgələrə də qoşun yeridib”.