Polşanın baş naziri Mateuş Moravietski Avropa İttifaqına üzv ölkələrin təbii qaza tavan qiymət tətbiqində razılığa gəlməsi ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Moravietski Facebook hesabında Brüsseldəki son görüşdə razılıq əldə edildiyini xatırladıb.
Avropa İttifaqına üzv ölkələrin təbii qaza meqavat-saat üçün 180 avro tavan qiymət tətbiq etməsinin sevindirici olduğunu vurğulayan Moravietski, "Bu, Rusiyanın bazar manipulyasiyasının sonu deməkdir" – deyib.