Yaponiya və İsveç MÜQAVİLƏ İMZALADI

17:26 - 20 Dekabr 2022

Yaponiya və İsveç MÜQAVİLƏ İMZALADI

Yaponiya və İsveç hökumətləri müdafiə texnikası və texnologiyalarının ötürülməsi üzrə ikitərəfli əməkdaşlıq sazişi imzalayıblar.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şərqi Asiya ölkəsi Yaponiya ilə Skandinaviya ölkəsi İsveç arasında “Müdafiə Avadanlıqları və Texnologiyaların Transferi Sazişi” imzalanıb.

Tokio hökumətinin bəyanatına görə, imzalanan razılaşma ilə Yaponiya və İsveç "beynəlxalq sülh və təhlükəsizliyə töhfə verməyi hədəflədiklərini" açıqlayıblar.

Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa və İsveçin xarici işlər naziri Tobias Billström telefon danışığında ikitərəfli münasibətlərin gedişatını müzakirə ediblər.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az