Rusiya prezidenti Vladimir Putin Kreml sarayında keçirilən dövlət mükafatlarının təqdimat mərasimində çıxış edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin çıxışında qərb ölkələri ilə yaşanan gərginliyə görə dəfələrlə sınaqdan keçirildiklərini, lakin suverenliklərini qoruduqlarını bildirib:
"Ölkəmiz çox sınaqlarla üzləşib. Amma biz onlara qarşı öz suverenliyimizi müdafiə etdik. Bu gün Rusiya növbəti dəfə eyni problemlə üz-üzə qalıb və xüsusi təyinatlı hərbi əməliyyatın ön cəbhəsində olan əsgərlər, zabitlər, milislər və könüllülər nadir şücaət və fədakarlıq nümayiş etdirirlər. Hər birinizlə fəxr edirik”.