Rusiyada qaz xəttində güclü PARTLAYIŞ: Avropa qiymətləri qaldırdı - VİDEO

17:34 - 20 Dekabr 2022

Rusiyada qaz xəttində güclü PARTLAYIŞ: Avropa qiymətləri qaldırdı - VİDEO

Rusiyanın Çuvaşıstan Respublikasının ərazisində magistral qaz kəmərində güclü partlayış baş verib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə zamanı 3 nəfər həlak olub. 

Məlumata görə, hadisə nəticəsində daha 4 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin Çuvaşıstan Respublikası üzrə Baş İdarəsi qəza yerində yanğının qarşısının alındığını bildirib. İdarə müəyyən edib ki, sıçrayış Urenqoy-Pomarı-Ujqorod magistral yeraltı qaz kəmərinin bir hissəsində planlaşdırılmış təmir işləri zamanı baş verib.

Bundan sonra isə Avropada qazın qiyməti 1 000 kubmetr üçün 1 200 dollara qədər yüksəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az