Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Kiyev Gürcüstanda həbsdə olan Mixail Saakaşvilinin təhlükəsizliyini və lazımi müalicəni təmin etməyə hazırdır.
Manset.az-ın məlumatına görə, “Ukrayna Saakaşvilini qəbul etməyə, onun təhlükəsizliyini və düzgün müalicəsini təmin etməyə hazırdır”, - Podolyak “Twitter”də yazıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı gecə videomüraciətində Gürcüstan hakimiyyətini səhhətinə görə Saakaşvilini azad etməyə və onu Ukrayna, Avropa və ya ABŞ-a müalicə üçün göndərməyə çağırıb.