Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri gözlənilir.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində V.Zelenskinin Ağ Evdə Co Baydenlə görüşü planlaşdırılır.
Daha sonra Ukrayna prezidenti Nümayəndələr Palatasının və Konqresin birgə iclasında çıxış edəcək.
Qeyd olunur ki, bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri V.Zelenskinin ilk xarici səfəri olacaq.