“Ukraynanı qardaş xalq kimi görürəm” - Putin

19:58 - 21 Dekabr 2022

“Ukraynanı qardaş xalq kimi görürəm” - Putin

“Rusiya Ukraynadakı müharibədə günahkar deyil və hər iki ölkə eyni faciəni bölüşür”.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin yüksək rütbəli hərbi rəsmilərlə  görüşü zamanı bildirib.

O qeyd edib ki, Ukraynanı hələ də qardaş xalq kimi görməkdə davam edir.

Putin münaqişənin üçüncü ölkələrin müdaxiləsinin nəticəsi olduğunu əlavə edib.

Rusiya prezidenti vurğulayıb ki, Qərb Ukraynadan başlayaraq postsovet respublikalarının hamısının “beynini yuyub”.

“Biz illər boyu kreditlər və ucuz enerji təklif edərək Ukrayna ilə mehriban qonşuluq münasibətləri qurmağa çalışdıq, amma alınmadı”,-deyə Putin əlavə edib.

“Ölkəmizi ittiham edəcək heç nə yoxdur. Ukraynalıları həmişə qardaş xalq kimi görmüşük və bunu indi də belə hesab edirəm”, -deyə Putin bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az