Rusiya prezidenti Putin ölkəsinin üzərində çalışdığı qitələrarası “Devil-2” ballistik raketi ilə bağlı açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin deyib ki, “Şeytan-2” də adlandırılan “Sarmat” qitələrarası ballistik raketi tezliklə Rusiya ordusunun inventarına daxil olacaq.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu da bununla bağlı bildirib ki, “Sarmat” qitələrarası ballistik raket daha əvvəl “uğurla” sınaqdan keçirilib və bu raketlərin yerləşdirilməsi prosesinə başlanılıb.