Cerald Conson adlı bir şəxs, infarkt keçirib öldüyünü, sonra isə cəhənnəmə getdiyini iddia edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Conson başına gələn hadisələri təsvir edib.
O, özünü son dərəcə pis hiss etdiyini və dəhşətli bir təcrübə keçirdiyini bildirib.
Hadisədən sonra özünə qayıda bilmədiyini ifadə edən Conson, "Cəhənnəmi mütləq gördüm. İnanmazsınız, amma mən orada idim. Düşündüyünüzdən də pis bir yerdir, bunu heç düşmənlərimə belə tövsiyə etmirəm”.
İnsanlara bir xəbərdarlığı olduğunu qeyd edən Conson, "Əgər bunu görsəydiniz, siz də getmək istəməzdiniz. Dünyada olarkən çoxlu yaxşılıq edin" – deyib.
Başından keçənləri izah etməkdə çətinlik çəkdiyini dilə gətirən Conson belə davam edib:
"Orada gördüyüm insanların bəziləri yanmışdı. Boyunlarında zəncir var idi və qaranlıq bir cisim tərəfindən tutulurdu. Bir də acı bir mahnı dolaşırdı, eşitdim”.