Rusiyanın raketləri azərbaycanlı ailəni məhv etdi - VİDEO

15:24 - 22 Dekabr 2022

Rusiyanın raketləri azərbaycanlı ailəni məhv etdi - VİDEO

Ukraynada müharibə davam edir.

 

Manset.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Rusiya Ordusu və separatçıların hücumu genişləndirdiyi Baxmutda raket zərbələri daha da artıb.

Məlumata görə, Baxmut yaxınlığındakı Avdiyivka rayonundakı kəndlərdən birində azərbaycanlı ailənin evinə raket düşüb. Nəticədə Samit Məmmədov, onun həyat yoldaşı və övladları yanaraq faciəli şəkildə həlak olublar.

O da bildirilib ki, eyni gərginlik Xerson və Nikolayev vilayətləri istiqamətində də davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az