Kremlin sözçüsü Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-a səfərini dəyərləndirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-ın Ukraynaya göndərəcəyi Patriot sistemlərinin Rusiya ordusunun “qanuni hədəfi” olub-olmayacağı ilə bağlı sualı cavablandıran Peskov, “Bəli, əlbəttə ki, Ukrayna ordusunun istifadə etdiyi bütün silahlar kimi, çünki xüsusi hərbi əməliyyatın məqsədlərindən biri Ukraynanın demilitarizasiyasıdır” – deyib.
Zelenskinin ABŞ-a səfərinə reaksiya verən Peskov, “ABŞ son Ukrayna qalana qədər de-fakto və dolayısı ilə Rusiyaya qarşı mübarizəni davam etdirir” - deyə əlavə edib.