Aİ-Ukrayna sammiti bu tarixdə keçiriləcək

18:33 - 22 Dekabr 2022

Aİ-Ukrayna sammiti bu tarixdə keçiriləcək

2023-cü il fevralın 3-də Avropa İttifaqı ilə Ukrayna arasında sammit keçiriləcək.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin mətbuat katibi Barend Leyts məlumat verib.

O, sammitin yerinin hələ müəyyən edilmədiyini deyib.

Leyts bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskiyə Belçikanın paytaxtı Brüsselə səfər etmək üçün açıq dəvət göndərilib.

Aİ rəsmisindən alınan məlumata görə, Zelenskinin səfəri ilə bağlı Ukraynadan hələlik heç bir təsdiq alınmayıb.

Sammitdə Aİ-ni Aİ Şurasının sədri Mişel və Aİ Komissiyasının sədri Ursula fon der Leyen təmsil edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az