Diplomatik mənbələrdən əldə etdiyimiz məlumata görə, Sargın dekabrın 14-də Hannover MHH Xəstəxanasının Təcili Xidmətində dünyasını dəyişib. Məlum olub ki, İslam üsulları ilə yuyulub kəfənlənmək üçün görülən hazırlıqlar zamanı Sərginin cənazəsi alman cənazəsinə qarışdırılıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, MHH Ədli Tibb Xidməti ilə əlaqə saxlayaraq cəsədin yandırıldığını öyrənən Sərginin ailəsi çox kədərlənib.
Baş verənlərlə bağlı ailənin hüquqi prosesə başlayacağı bildirilib.