Rusiyada taxılqurudan anbar hər kəsin gözü qarşısında yerlə yeksan oldu - VİDEO

23:15 - 22 Dekabr 2022

Rusiyada taxılqurudan anbar hər kəsin gözü qarşısında yerlə yeksan oldu - VİDEO

Rusiyanın Orenburq vilayətində baş verən yanğın taxılqurudan anbarın uçub-dağılması ilə nəticələnib.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Bildirilir ki, hadisə vilayətin İlek rayonunun Kardailovo kəndində baş verib. Taxıl tullantılarının qurudulması üçün çən istilik aqreqatlarının nasazlığı səbəbindən sıradan çıxıb.

Yanğınsöndürənlər yanğını söndürən zaman qurutma şaxtasının nazik metal çərçivəsi istiyə tab gətirə bilməyib və dağılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az