Kadırovun 16 yaşlı oğlu MMA-da debüt edəcək

10:00 - 23 Dekabr 2022

Kadırovun 16 yaşlı oğlu MMA-da debüt edəcək

Bu gün Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun 16 yaşlı oğlu Eli MMA üzrə ilk döyüşünü keçirəcək.

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə liqanın mətbiuat xidmətindən bildirilib.

Kadırovun oğlu debüt döyüşündəki rəqibi İslam Əkbərov olacaq.

O, çeçen əsilli isveçli döyüşçü Xamzat Çimaev və keçmiş UFC çempionu Kodi Qarbrand kimi ulduzların rəhbərliyi altında məşq edib.

Bundan əlavə, Elinin boksda yaxşı təcrübəyə malik olduğu və Qroznıda boks turnirində çıxış edərək rəqibini vaxtından əvvəl məğlub etdiyi bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az