Rusiya Dövlət Şurasının iclasında iştirak edən Rusiya prezidenti Vladimir Putin iclasdan sonra mətbuat konfransı keçirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin Ukraynanın işğalı üçün Kremlin “xüsusi hərbi əməliyyat” ifadəsi əvəzinə “müharibə” sözünü işlədib. Bu, Rusiya liderinin müharibə sözünü işlətməsinin ilk məlum nümunəsidir.
Putin, ABŞ-ın Ukraynaya göndərəcəyi Patriot hava hücumundan müdafiə sistemlərinin müharibənin uzanmasına gətirib çıxaracağını ifadə edərək, “Məqsədimiz hərbi münaqişənin təkərlərini çevirmək deyil, bu müharibəyə son qoymaqdır” - deyib.
Qeyd edək ki, mart ayından etibarən Rusiyada Ukraynanın işğalı üçün işğal və ya müharibə kimi sözlərdən istifadə etmək qadağan edilib. Əvəzində “xüsusi hərbi əməliyyat” ifadəsi işlədilir.