Fransanın paytaxtı Parisdə silahlı insident baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Paris Prokurorluğundan verilən açıqlamada hadisə nəticəsində 2 nəfərin həyatını itirdiyi, 4 nəfərin isə yaralandığı bildirilib.
69 yaşlı şübhəli hadisə yerində nəzarətə alınıb. Xəstəxanaya çatdırılan yaralılardan ikisinin vəziyyətinin ağırdır.
Şahidlərin sözlərinə görə, hücum edən şəxs silahından 7-8 atəş açıb və böyük çaxnaşma yaşanıb. Hücum edənin terrorla əlaqəsi olub-olmadığı hələ bilinməsə də, hadisə ilə bağlı araşdırma başlanıldığı bildirilib.
Paris polisi əməliyyatın davam etdiyini bildirərək, ictimaiyyətdən bölgədən uzaq durmağı tələb edən bir mesaj yayımlayıb.