Parisdə silahlı hücum – Ölü və yaralılar var

15:01 - 23 Dekabr 2022

Parisdə silahlı hücum – Ölü və yaralılar var

Fransanın paytaxtı Parisdə silahlı insident baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Paris Prokurorluğundan verilən açıqlamada hadisə nəticəsində 2 nəfərin həyatını itirdiyi, 4 nəfərin isə yaralandığı bildirilib.

69 yaşlı şübhəli hadisə yerində nəzarətə alınıb. Xəstəxanaya çatdırılan yaralılardan ikisinin vəziyyətinin ağırdır.

Şahidlərin sözlərinə görə, hücum edən şəxs silahından 7-8 atəş açıb və böyük çaxnaşma yaşanıb. Hücum edənin terrorla əlaqəsi olub-olmadığı hələ bilinməsə də, hadisə ilə bağlı araşdırma başlanıldığı bildirilib.

Paris polisi əməliyyatın davam etdiyini bildirərək, ictimaiyyətdən bölgədən uzaq durmağı tələb edən bir mesaj yayımlayıb.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az