Çorumda bir nəfər silahla vurularaq öldürülüb.
Manset.az haberglobal-a istinadən xəbər verir ki, Ulukavak rayonu, Akpınar küçəsi, S.Ö. (20) naməlum səbəbdən yoldaşı Onur Səsliyə (20) tapança ilə atəş açaraq hadisə yerindən qaçıb.
Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis və təcili yardım briqadaları sövq edilib.
Sinəsindən və ayağından yaralanan Səslini Hitit Universiteti Erol Olçok Təhsil və Araşdırma Xəstəxanasında edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Polis silahlı hücumu həyata keçirən S.Ö.-nün tutulması üçün işə başlayıb.