Zambiyada ölüm hökmü ləğv edildi

19:31 - 24 Dekabr 2022

Zambiyada ölüm hökmü ləğv edildi

Zambiya Prezidenti Hakainde Hiçilema ölkədə ölüm hökmünü ləğv edib.

 

Manset.az xəbər verir ki, bu barədə "Zambia 24" xəbər portalı məlumat yayıb.

Hiçilema, eyni zamanda dövlət başçısını təhqir etməyə görə cəza nəzərdə tutan qanunu qüvvədən salıb.

Zambiya məhkəmələri tez-tez ağır cinayətlərə görə ölüm hökmü çıxarır. Bu ilin əvvəlində ölkədə edam cəzasına məhkum edilmiş 257 cinayətkar ölüm cəzasını gözləyirdi. Lakin məhkəmə qərarı ilə sonuncu edam 1997-ci ildə Zambiyada həyata keçirilib.

Ölüm hökmünün ləğvi Hiçilemanın 2021-ci ilin yayında prezident seçkiləri kampaniyası zamanı verdiyi əsas vədlər sırasında olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az