Çilinin güclü meşə yanğınları ilə əhatə olunmuş mərkəzi rayonlarında fövqəladə vəziyyət elan edilib.
Manset.az sfera.az-a istinadən bildirir ki, yanğınlar təxminən bir həftə əvvəl başlayıb.
Yay aylarında ölkədə hökm sürən anomal istilər səbəbindən yanğınlar sürətlə geniş əraziyə yayılıb.
Çilinin Vina del Mar bölgəsində baş verən meşə yanğını hökumətin fəlakət vəziyyəti elan etməsinə səbəb olub, onlarla sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
Hazırda yanğınların ümumi sahəsi 63 min hektara yaxındır, ölkənin 70-ə yaxın bir sıra əyalətlərində yanğın davam edir.
Son məlumatlara görə, fövqəladə hadisə nəticəsində 200-ə yaxın insan xəsarət alıb, 500-ə yaxın ev dağılıb.