Braziliya millisinin sabiq baş məşqçisini Rio-de-Janeyroda qarət etdilər

23:51 - 24 Dekabr 2022

Braziliya millisinin sabiq baş məşqçisini Rio-de-Janeyroda qarət etdilər

Futbol üzrə Braziliya millisinin sabiq baş məşqçisi, Tite kimi tanınan Adenor Leonardo Bakşi Rio-de-Janeyroda qarət edilib.

 

Manset.az xəbər verir ki, hücum edən şəxs 61 yaşlı mütəxəssisin qızıl boyunbağını oğurlayıb.

Maraqlıdır ki, Titeni tanıyan cinayətkar bu əməli törədərkən yığmanın Qətərdə keçirilən dünya çempionatındakı uğursuz çıxışından da şikayətlənməyə macal tapıb.

Qeyd edək ki, Braziliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində Xorvatiyaya uduzaraq, mundialla vidalaşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az