İdman kompleksinin tribunası çökdü - Çox sayda yaralı var

11:24 - 25 Dekabr 2022

İdman kompleksinin tribunası çökdü - Çox sayda yaralı var

Misirin paytaxtı Qahirənin yaxınlığındakı Həsən Mustafa İdman Kompleksinin tribunalarından birinin metal konstruksiyasının çökməsi nəticəsində azı 27 nəfər xəsarət alıb.

 

Manset.az xəbər verir ki, həmin vaxt idman kompleksində Əl-Əhli (Qahirə) və Əl-İttihad (İsgəndəriyyə) komandaları arasında basketbol oyunu keçirilirdi.

Oyun fövqəladə vəziyyətə görə yarımçıq qalıb.

Metal konstruksiyasının çökməsinə səbəb kimi azarkeşlərin hərəkətləri göstərilir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az