BMT rəhbəri “Taliban”a etirazını bildirdi

12:03 - 25 Dekabr 2022

BMT rəhbəri “Taliban”a etirazını bildirdi

BMT “Taliban”ın əfqanıstanlı qadınların qeyri-hökumət təşkilatlarında işləməsinə qadağa qoymasını pisləyib.

 

Manset.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreşin ofisi bəyanat yayıb.

Məlumata əsasən, BMT-nin Baş katibi qadınların milli və beynəlxalq qeyri-hökumət təşkilatlarında işləməsinin qadağan edilməsindən narahat olduğunu dilə gətirib.

Bəyanatda vurğulanıb ki, Baş katib “Taliban”ın əmri ilə bağlı xəbərlərdən olduqca narahatdır:

“Bu qərar ölkə daxilində fəaliyyət göstərən və ən həssas qruplara ziyan verəcək. Ən əsası, qadınlara və qızlara kömək edən çoxsaylı təşkilatların işinə maneə yaradacaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az