Türkiyənin “Hürjet” döyüş təlim təyyarəsi ilk uçuşa hazırlaşır

17:50 - 25 Dekabr 2022

Türkiyənin “Hürjet” döyüş təlim təyyarəsi ilk uçuşa hazırlaşır

Türkiyənin “Hürjet” döyüş təlim təyyarəsi ilk uçuşunu həyata keçirməyə hazırlaşır.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu məqsədlə hazırlıqlar sürətlə davam edir.

Layihənin icrasına 2017-ci ilin avqustunda Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin dəstəyi ilə başlanılıb.

Təxminən 8000 hissədən ibarət olan “Hürjet”in montajı 2021-ci ilin yanvarında başlayıb. Bu günə qədər iki prototipin yığılmasının demək olar ki, bütün mərhələləri başa çatıb. Prototiplərdən biri əməliyyat qabiliyyəti, digəri isə uçuş performansı baxımından sınaqdan keçiriləcək.

“Hürjet” ilk uçuşunu 18 mart 2023-cü ildə edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az