İranın ali rəhbəri Seyid Əli Xameneyinin həbsdə olan bacısı qızı Fəridə Muradxani aclıq aksiyasına başlayıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Fəridə Muradxaninin qardaşı Mahmud Muradhani məlumat verib.
"Fəridə Muradxani ev dustaqlığına baraxılmaq üçün etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb",-deyə Mahmud Muradhani məlumat verib.
Qeyd edək ki, Fəridə Muradxani 15 il müddətinə azadlıqdan məhrum edilib.