Dərmanlarla ayaqda duran Putin yerinə gələcək şəxsi seçdi - Dünya ŞOKDA (FOTO)

10:01 - 26 Dekabr 2022

Dərmanlarla ayaqda duran Putin yerinə gələcək şəxsi seçdi - Dünya ŞOKDA (FOTO)

Rusiyalı politoloq Valeri Solovey Putinlə bağlı heyrətləndirici iddia irəli sürüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  2023-cü ilin Putinin son prezidentlik ili ola biləcəyini ifadə edən Solovey, "Putin müharibəni davam etdirmək üçün Qərbin xərçəng dərmanları və müalicələri ilə həyata yapışır. Amma heç bir dərman sonsuza qədər müvəffəqiyyətli olmayacaq" - deyib.

O, xəstəliyi ağırlaşan Putinin yerinə gələcək adları da müəyyənləşdirdiyini iddia edib.

Putinin xələf seçməyi planlaşdırdığı adların başında kənd təsərrüfatı naziri vəzifəsini icra edən 45 yaşlı Dmitri Patruşevin olduğu bildirilib.

Solovey, digər namizədin 50 yaşlı Aleksey Dyumin olduğunu açıqlayıb. Putinin keçmiş mühafizəçisi Dyumin daha sonra müdafiə nazirliyinin müavini vəzifəsini icra edib. Hazırda Tula vilayətinin qubernatoru vəzifəsini davam etdirir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az