Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak Rusiya prezidenti Vladimir Putinin bəyanatını dəyərləndirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Podolyak verdiyi açıqlamada, “Putinin reallığa qayıtması lazımdır. Birincisi, Rusiya təkbaşına Ukraynaya hücum edib və vətəndaşlarımızı qətlə yetirir. Başqa “ölkələr, motivlər, geosiyasət” yoxdur. İkincisi, Rusiya danışıqları istəmir və məsuliyyətdən yayınmağa çalışır” – deyib.