Rusiya Müdafiə Nazirliyi Bazar ertəsi saat 01:35-də Ukraynaya məxsus pilotsuz uçuş aparatının vurulduğunu bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nazirlikdən verilən açıqlamada, "Bazar ertəsi Moskva vaxtı ilə saat 01:35-də (GMT 01:35) Ukraynaya məxsus pilotsuz uçan aparat aşağı hündürlükdə ruslara məxsus Engels aviabazasına doğru hərəkət edərkən vurulub" – bəyan edilib.
PUA qalıqlarının Saratov vilayətindəki hərbi bazaya düşməsi nəticəsində 3 rus hərbçi həyatını itirib.