“Rusiya, Ermənistan və Azərbaycan liderləri MDB sammiti çərçivəsində söhbətləşə bilərlər” - Peskov

19:42 - 26 Dekabr 2022

“Rusiya, Ermənistan və Azərbaycan liderləri MDB sammiti çərçivəsində söhbətləşə bilərlər” - Peskov

Rusiya, Azərbaycan və Ermənistan liderləri Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində bir-biri ilə söhbətləşə bilərlər.

 

Manset.az xəbər verir ki, bu barədə bazar ertəsi Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov “Birinci Kanal”ın efirində bildirib.

O qeyd edib ki, dekabrın 26-27-də Sankt-Peterburqda keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edir.

“Formal olaraq biz üçtərəfli görüş təyin etməmişik, lakin kuluarlarda onların bir-biri ilə danışmaq imkanı olacaq”, - Kreml sözçüsü bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az