Ərdoğan Türkiyədə daha bir təbii qaz yatağının kəşf olunduğunu AÇIQLADI

21:38 - 26 Dekabr 2022

Ərdoğan Türkiyədə daha bir təbii qaz yatağının kəşf olunduğunu AÇIQLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində daha bir təbii qaz yatağının kəşf olunduğunu açıqlayıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı hökumətin 2022-ci ilin son iclasından sonra çıxışında deyib.

Onun sözlərinə görə, Qara dənizdə "Fatih" qazma gəmisi "Caycuma-1" sahəsində 3 023 kilometr dərinlikdə 58 milyard kubmetr təbii qaz ehtiyatını kəşf edib: "Məlumatların təhlili nəticəsində daha əvvəl elan etdiyimiz 540 milyard kubmetrlik ehtiyatımız 652 milyard kubmetrə çatıb".

Türkiyə Prezidenti, ümumilikdə bu rəqəmin 710 milyard kubmetr təşkil etdiyini vurğulayıb. O, 2023-cü ildə Aralıq dənizində daha iki kəşfiyyat-axtarış işləri aparılacağını elan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az