ABŞ-da qar fırtınasında ölənlərin sayı 57-yə çatdı

12:33 - 27 Dekabr 2022

ABŞ-da qar fırtınasında ölənlərin sayı 57-yə çatdı

ABŞ-ı bürüyən qar fırtınası və soyuq hava şəraiti nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb.

 

Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində Kolorado, İllinoys, Kanzas, Kentukki, Miçiqan, Missuri, Nebraska, Ohayo, Oklahoma, Tennessi, Viskonsin və Nyu-York ştatlarında insan ölümü qeydə alınıb. Təkcə Nyu-Yorkda 27, Buffaloda 18 nəfər ölüb.

Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden Nyu-York ştatında qar fırtınası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az