Poroşenko milyarder statusunu itirdi

14:34 - 27 Dekabr 2022

Poroşenko milyarder statusunu itirdi

Ukraynanın eks-prezidenti Petro Poroşenko milyarder statusunu itirib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "Forbes Ukraine" nəşrinin yaydığı reytinqdə bildirilir.

Belə ki, ən varlı 20 ukraynalı sahibkarın reytinqi dərc olunub. Onların sərvəti 20 milyard dollardan çox azalıb.

Siyahıda Poroşenko 12-ci yeri tutub. Belə ki, onun sərvəti 1,6 milyard dollardan 730 milyon dollara qədər azalıb. 

Milyarderlərin siyahısına Rinat Axmetov başçılıq edir. Onun sərvəti 9 ay ərzində 13,7 milyard dollardan 4,4 milyard dollara enib. Buna baxmayaraq, Axmetov Ukraynanın ən varlı şəxsi olaraq qalır. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az