Paşinyan Putinə ŞİKAYƏTLƏNDİ: “Bəs deyirdiz Laçın dəhlizi...”

15:30 - 27 Dekabr 2022

Paşinyan Putinə ŞİKAYƏTLƏNDİ: “Bəs deyirdiz Laçın dəhlizi...”

“Bu gün üçün ən vacib məsələ Laçın dəhlizindəki böhrandır”.

 

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya lideri ilə ikitərəfli görüşdə deyib.

“Təxminən 20 gündür ki, Laçın dəhlizi bağlanıb və bu, Qarabağdakı Rusiya sülhməramlılarının cavabdehlik sahəsidir”, - deyə Paşinyan bildirib.

Paşinyanın iddiasına görə, üçtərəfli bəyanata əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır və Azərbaycan sərnişinlərin, yüklərin maneəsiz keçidinə zəmanət verib:

“Belə çıxır ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Təbii ki, mən bu vəziyyəti və onun həlli üçün variantları müzakirə etmək istərdim”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az