Almaniya bir il ərzində rekord həcmdə silah ixrac etdi

16:54 - 27 Dekabr 2022

Almaniya bir il ərzində rekord həcmdə silah ixrac etdi

2022-ci ildə Almaniya hökuməti təxminən 8,35 milyard avro dəyərində silah ixracına icazə verib. Bu həcmin dörddəbirindən çoxu Ukrayna üçün nəzərdə tutulub.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu il Almaniya hökuməti Ukraynaya 2,24 milyard avro məbləğində silah tədarükünü təsdiqləyib.

Eyni zamanda, Almaniya ölkə tarixində yalnız bir dəfə - keçən il - rekord həddə silah ixrac edib: 2021-ci ildə ümumi ixrac 9,35 milyard avro təşkil edib.

Əvvəlcə, jurnalistlərin yazdıqları kimi, ixrac üçün nəzərdə tutulan silahların həcminin xeyli az olacağı güman edilirdi.

Onilliklər ərzində mövcud olan prinsipləri fevralın 27-də Kansler Olaf Şolts pozaraq döyüş bölgələrinə silah tədarükünə dair birtərəfli qadağanı ləğv edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az