Putindən MDB liderlərinə Yeni il hədiyyəsi - Peskov açıqladı

19:40 - 27 Dekabr 2022

Putindən MDB liderlərinə Yeni il hədiyyəsi - Peskov açıqladı

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov MDB ölkələrinin liderlərinə hədiyyə edilən üzükləri Yeni il suvenirləri adlandırıb.

 

Manset.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Müstəqil Dövlətlər Birliyinin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində MDB ölkələrinin rəhbərlərinə Birliyin rəmzləri olan üzüklər hədiyyə edilib.

"Bu, sadəcə olaraq, belə bir Yeni il suveniridir, bunda xüsusi bir şey yoxdur", - deyə Peskov bildirib.

Həmçinin, Kremlin sözçüsü Rusiya Prezidenti Vladimir Putinin bu bəzəyi taxıb-taxmayacağı sualına mənfi cavab verib.

Dekabrın 26-27-də Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti keçirilib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az