“Saakaşvili ölərsə, Gürcüstanın Aİ-yə üzvlüyü təsdiqlənməyəcək”

23:17 - 27 Dekabr 2022

“Saakaşvili ölərsə, Gürcüstanın Aİ-yə üzvlüyü təsdiqlənməyəcək”

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili həbsdə ölərsə, Gürcüstanın Aİ-yə üzvlük ərizəsi təsdiq edilməyəcək.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu  Avropa Xalq Partiyasını təmsil edən polşalı deputat Yaçek Saryuş-Volski tviter hesabında qeyd edib.

“Saakaşvilinin azad edilməsi ilə Gürcüstanın Aİ-yə daxil olması arasında paralellər mövcuddur. Hər ikisi bir-birindən ayrılmazdır. Keçmiş prezident həbsdə ölərsə, Avropa Parlamenti heç vaxt Gürcüstanın Aİ-yə üzvlüyünə səs verməyəcək”,-deyə deputat yazıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az