Fransada yaşayan iranlı Məhəmməd Moradi ölkəsində baş verənlərə dünyanın səssiz qaldığını və bu mövzuda maarifləndirmək üçün həyatına son qoyduğunu açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Moradi çəkdiyi videodan sonra Fransada Ron çayına atılaraq intihar edib.
İntihar etməzdən əvvəl İranda baş verənləri və intiharın səbəbini video çəkərək izah edən Moradi, “Sivil bir ölkədə yaşasam da, iranlıların başına gələnlərə gözümü yuma bilmirəm, ölməyi üstün tuturam. Ümid edirəm ki, mənim vəfatımdan sonra ölkəm və media İrana maraq göstərəcək” - deyib.