Kaliforniya Universitetindən olan bir qrup tədqiqatçı siçanlar üzərində apardıqları araşdırmada göstərib ki, uzaq keçmişdəki qorxu anları “ön beyin” adlanan prefrontal korteksdə yaddaş neyronları arasında “daimi” saxlanılır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, alimlər keçmişin qorxulu və travmatik xatirələrinin “ön beyində” necə saxlandığını açıqlayıblar.
Tədqiqata rəhbərlik edən və molekulyar biologiya tədqiqatları aparan Prof. Jun-Hyeong Cho bildirib ki, travmatik hadisələrdən sonra prefrontal yaddaşdakı neyronlar tədricən güclənir və beyin qabığında daimi formaların əmələ gəlməsində mühüm rol oynayır.
Onlar prefrontal korteksdə travma zamanı aktiv olan və travmatik hadisə xatırlandıqda yenidən aktivləşən bir qrup neyron müəyyən ediblər.
Siçanlar üzərində aparılan həmin tədqiqatda müəyyən edilib ki, bu qrup neyronların fəaliyyəti dayandırıldıqda qorxulu anların xatırlanmasının qarşısı alınır.
Araşdırma "Nature Neuroscience" jurnalında dərc olunub.