Gözəllik kraliçası Ukraynada cəbhədə toy etdi - FOTO

13:28 - 28 Dekabr 2022

Gözəllik kraliçası Ukraynada cəbhədə toy etdi - FOTO

2012-ci ildə Ukraynada gözəllik kraliçası seçilən Yevgeniya Prokopenko cəbhədə evlənib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Prokopenko, ölkəsində aylarla davam edən müharibəyə biganə qalmayan keçmiş gözəllik kraliçası parlaq həyatından ayrılaraq ordu sıralarına yollanıb.

Orduda vəzifəsini davam etdirən Prokopenko cəbhədə evlənib.

Toy fotolarını sosial media hesabında paylaşan gözəllik kraliçası, “Rus dilində səlis danışıram, amma Putinin dilini bilmirəm. Ona deyəcək sözüm yoxdur, çünki Putinlə danışmaq yox, hərəkətə keçmək lazımdır. Onun üçün yalnız bir gülləm var” – deyib.

Cəhənnəmdə gözəllik kraliçası olduğunu bildirən Prokopenko, cəbhədəki həyata uyğunlaşmaq üçün əlindən gələni etdiyini vurğulayıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az