Kremlin sözçüsü Dmitriy Peskov, Serbiya ilə Kosovo arasında artan gərginliklə bağlı qiymətləndirmələr edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov Rusiyanın Kosovo ilə Serbiya arasındakı gərginliyə "dağıdıcı təsir göstərdiyi" ilə bağlı ittihamları rədd edərək, "Serblərin hüquqlarının necə təmin olunduğuna dair hadisələri yaxından izləyirik. Serbiya suveren bir ölkədir və burada Rusiyanın dağıdıcı təsirini axtarmaq yanlışdır. Serbiya təbii olaraq çətin şərtlərdə birlikdə yaşayan serblərin hüquqlarını qoruyur və bu hüquqlar pozulduqda sərt reaksiya verir. Atılan addımlarda Belqradı dəstəkləyirik" – deyib.