Sərt pəhriz proqramı fəlakətini gətirdi! - Gənc idmançı komadadır

17:06 - 28 Dekabr 2022

Sərt pəhriz proqramı fəlakətini gətirdi!  - Gənc idmançı komadadır

36 yaşlı bodibilder Naghmeh Shelton ciddi pəhriz proqramı və istifadə etdiyi performansı artıran dərmanlar səbəbindən komaya düşüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məşqçi Naghmeh-i 890 kalorilik intensiv pəhriz proqramına qoyub. Beləliklə, gənc qadın 2022-ci ilin oktyabrında çox qısa müddətdə 77 kilodan 56 kiloya düşüb.

Onun 21 kiloqram arıqlamağına səbəb olan pəhriz performansını artıran dərmanlarla tamamlanmağa başlayanda idmançının orqanizmi siqnal verməyə başlayıb.

Sərt pəhriz proqramına görə özünü pis hiss edən gənc qadın noyabr ayında məşqçisinə vəziyyətinin yaxşı olmadığını və özünü hər zaman yorğun hiss etdiyini deyib.

Məşqçisi ona pəhriz proqramına xəyanət etməməli olduğunu söyləyib və "Əlindən gələni et" - deyib.

Bu söhbətdən cəmi 2 gün sonra Naghmeh mənzilində huşsuz vəziyyətdə tapılıb.

Təcili olaraq xəstəxanaya aparılan gənc idmançının “qan şəkərinin təhlükəli dərəcədə aşağı olması” səbəbiylə huşunu itirdiyi bildirilib.

Həkimlər qadının sərt pəhriz, məşq proqramı və performansı artıran əlavələr səbəbindən hipoqlikemiya inkişaf etdirdiyini və beyninin zədələndiyini açıqlayıblar.

Cəmi 36 yaşında olan Naghmeh indi "bir daha oyanmayacağı" komadadır.

Naghmeh huşsuz vəziyyətdə tapıldığı gündən onun vəziyyəti durmadan pisləşir. Gənc qadın indi tam zamanlı süni nəfəs aparatındadır.

Qızlarının vəziyyətini öyrənən ailəsi xəstəxana xərcləri üçün yardım kampaniyası başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az