Rusiyada universitetdə qətliam törədən gəncə hökm oxundu

18:58 - 28 Dekabr 2022

Rusiyada universitetdə qətliam törədən gəncə hökm oxundu

Rusiyanın Perm Vilayət Məhkəməsi 2021-ci ilin sentyabrında Perm Dövlət Milli Araşdırma Universitetində qətliam törədən Timur Bekmansurovu ömürlük həbs cəzasına məhkum edib.

 

Manset.az xəbər verir ki, hakim ittiham tərəfinin vəsatətini təmin edib: prokurorlar məhkəmədən maksimum cəza hökmü tələb ediblər.

Xatırladaq ki, 2021-ci il sentyabrın 20-də 1-ci kurs tələbəsi Bekmansurov silahla universitetə girərək qarşısına çıxanı güllələyib. Hücum nəticəsində altı nəfər ölüb, 40-dan çox insan yaralanıb. Bekmansurovun özü saxlanılarkən aldığı güllə yarasına görə ayağı baldırından amputasiya olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az