Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanla Rusiya neftinə tavan qiymət tətbiqində iştirak edənlərə neft və neft məhsullarının satışı qadağan edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putinin imzaladığı fərmanla Qərb ölkələrinin Rusiya neftinin barrelinə 60 dollardan yuxarı qiymət tətbiq etməsinə qarşı sanksiyalar tətbiq edilməsi qərara alınıb. Neft və neft məhsullarının tavan qiymət tətbiqində iştirak edən fiziki şəxslərə və şirkətlərə satışını qadağan edən fərmana əsasən, Rusiya neftinin alıcıları müqavilədə tavan qiymətindən və ya alternativ tavan qiymət mexanizmindən istifadə etsələr, onlara neft ixrac edilməyəcək.
Neft daşınması qadağası 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək. Fərmanda neftin tavan qiymətləri tətbiq edənlərə ancaq Putinin xüsusi icazəsi ilə daşına biləcəyi yazılıb. Fərmana əsasən, neft məhsullarının daşınmasına qoyulan qadağa Rusiya hökumətinin müəyyən etdiyi tarixdən qüvvəyə minəcək.
Dekabrın 2-də Avropa İttifaqı ölkələri Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəliblər.