Müxalifət Ərdoğanın bu qərarını alqışladı

10:35 - 29 Dekabr 2022

Müxalifət Ərdoğanın bu qərarını alqışladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “EYT” (emeklilikte yaşa takılanlar) – pensiyaya çıxmaq üçün yaş məhdudiyyəti ilə üzləşən şəxslər məsələsi ilə bağlı yeni açıqlama verib. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, açıqlamaya görə, Türkiyədə pensiya hüququndan istifadə üçün yaş məhdudiyyəti tətbiq edilməyəcək.

O bildirib ki, təqribən daha 2 milyon 250 min ölkə vətəndaşı pensiyaya çıxmaq hüququna nail olub. 

Ərdoğanın bu açıqlaması ölkə ictimaiyyəti, xüsusilə də müxalifət nümayəndələri arasında müsbət qarşılanıb.

Belə ki, Türkiyənin “İYİ” partiyasının rəhbəri Meral Akşener öz tviter hesabında ölkə liderinin bu qərarı ilə bağlı paylaşım edərək bildirib: “Bizə bax belə gəl, cənab Ərdoğan. Siyasi rəqabəti xidmətlə apar ki, fayda görən millətimiz olsun. Edilən dəyişiklik EYT-li qardaş və bacılarıma xeyirli olsun. Növbədə pensiyanı minimum əməkhaqqı səviyyəsinə qaldırmaq var. Bizdən əvvəl edin də, görək”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az