Kosovo və Serbiya arasında gərginliyi azaldacaq addım

10:40 - 29 Dekabr 2022

Kosovo və Serbiya arasında gərginliyi azaldacaq addım

Kosovo və Serbiya arasındakı böhranda gərginliyi azaltmaq üçün qarşılıqlı addım atılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kosovodakı serblər 19 gündür yolları bağlayan barrikadaları qaldıracaqlarını açıqlayıblar.

Kosovonun polis məmuru Pantiçi həbsxanadan çıxarıb ev dustağı edəcəyini açıqlaması Kosovo serblərinin barrikadaları aradan qaldırmasına təkan verib.

Serbiyanın Raska qəsəbəsində Kosovo serbləri ilə görüşən Serbiya prezidenti Aleksandr Vuçiç də barrikadaların aradan qaldırılmasına qərar verildiyini, lakin bunun bir müddət çəkə biləcəyini bildirib. Barrikadaların götürülməsinin gərginliyi azaldacağı gözlənilir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az