Tailandda turist qayalarla dolu yolda selfi çəkdirərkən qatardan düşüb. Turisti bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dostları ilə Tailanda tətilə gedən 45 yaşlı turist hərəkətdə olan qatarda selfi çəkdirmək istəyərkən qatardan metrlərlə aşağı düşüb. Şahidlərin dediyinə görə, kişi şəkil çəkdirmək üçün qatarın qapısını açmağa çalışıb.
Xilasedicilər təqribən yarım saat ərzində çətinliklə endikləri yamacın 8 metr altına düşən şəxsi diriltməyə çalışıblar. Lakin bütün müdaxilələrə baxmayaraq turisti xilas etmək mümkün olmayıb və dünyasını dəyişib.