Bayden Ağ Evin mühafizəçilərinə etibar etmir

11:19 - 29 Dekabr 2022

Bayden Ağ Evin mühafizəçilərinə etibar etmir

ABŞ Prezident Cozef Baydenin Ağ Evdə Məxfi Xidmətdən olan bəzi mühafizəçilərə etibar etmədiyi məlum olub.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, “The Hill” qəzeti bu barədə amerikalı yazıçı və jurnalist Kris Uiplenin “Onun həyatının bütün mübarizəsi: Ağ Evin daxili Cozef Baydenin dövründə” kitabına istinadən yazır.

Səbəb olaraq bildirilib ki, onlar Birləşmiş Ştatların keçmiş prezidenti Donald Trampın tərəfdarlarıdır.

“Baydenin ən böyük problemi təhlükəsizlik komandası ilə bağlı narahatlığı idi. Bu insanların bəziləri “Amerikanı yenidən möhtəşəm edək” şüarına rəğbət bəsləyirdilər. O həmin şəxslərə güvənmədi”, - kitabda deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az